Füzuli Məmmədov: “Bütün səhvlərə baxacağıq”

Füzuli Məmmədov: “Bütün səhvlərə baxacağıq” Çətin olacağını bilirdik. Komandaya bunun üçün tapşırıqlar vermişdik. Sonda bir səhv bizi qələbədən etdi. Topa nəzarət də bizdə idi. Son dəqiqələrdə rəqibin təzyiqi artdı. Oyunçular da hesabı qorumaq istəyirdi.
Futbol
1 Mart , 2020 19:33
Füzuli Məmmədov: “Bütün səhvlərə baxacağıq”

"Çətin olacağını bilirdik. Komandaya bunun üçün tapşırıqlar vermişdik. Sonda bir səhv bizi qələbədən etdi. Topa nəzarət də bizdə idi. Son dəqiqələrdə rəqibin təzyiqi artdı. Oyunçular da hesabı qorumaq istəyirdi.

Belə oyunlar olur. Yolumuza davam edəcəyik. Qarşıdakı görüşlərdə qələbə qazanmaq istəyəcəyik".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XIX turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis son dəqiqələrdə buraxdıqları qola da münasibət bildirib: "Standart vəziyyətlərdə oyunçunu boş buraxmaq yolverilməzdir. Epizodları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Qol vurmayanda stress də artır".

Məşqçi cinah müdafiəçisi Ömər Buludovun daha ciddi oynamalı olduğunu vurğulayıb: "Biz komanda şəklində hücuma keçirik. Futbolçular bəzən sonunu gətirə bilmirlər. Bütün oyunları analiz edirik".

Baş məşqçi qapıçı Aqil Məmmədova şans verməsinə də toxunub: "Bütün səhvlərə baxacağıq. Səlahət Ağayev və Aqil Məmmədov keyfiyyətli qapıçıdır. Hər iki qapıçıya güvənirəm".

Son xəbərlər

Orphus sistemi