Futzal üzrə dünya çempionatının loqosu təqdim olunub

Futzal üzrə dünya çempionatının loqosu təqdim olunub 2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosu təqdim olunub.
Futbol
18 Yanvar , 2020 13:40
Futzal üzrə dünya çempionatının loqosu təqdim olunub

2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosu təqdim olunub. 

"Report"un məlumatına görə, Litvanın paytaxtı Vilnusda keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FİFA-nın turnirlər üzrə rəhbəri Jaime Yarzaın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub.

Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Qeyd edək ki, Avropa qitəsi üzrə iştirakçı komandalardan 4-nün adına bu ayın sonunda və fevralın əvvəlində keçiriləcək elit-raund mərhələsinin oyunlarından sonra aydınlıq gətiriləcək. Qalan iki komanda isə apreldə keçiriləcək pley-off oyunlarından sonra vəsiqə qazanacaq. Ümumilikdə isə ev sahibi ölkə ilə birlikdə Avropanın 7 milli komandası mundialın final mərhələsində mübarizə aparacaq. Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi