Azərbaycanın futzal millisi cərimələnib, digər yığmaya xəbərdarlıq edilib

Azərbaycanın futzal millisi cərimələnib, digər yığmaya xəbərdarlıq edilib UEFA futzal üzrə Azərbaycan millisini cəzalandırıb.
Futbol
29 Yanvar , 2022 13:58
Azərbaycanın futzal millisi cərimələnib, digər yığmaya xəbərdarlıq edilib

UEFA futzal üzrə Azərbaycan millisini cəzalandırıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna yığmanın 4 üzvünün Niderlandda keçirilən Avropa çempionatında Gürcüstan 2:3 hesabı ilə uduzduqları oyunda sarı vərəqə görməsi səbəb olub. Komandanın heyətində Fineo De Araujo, Rizvan Fərzəliyev, Felipinyo və Tyaqo Bolinya xəbərdarlıq alıblar.

Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 2 400 avro cərimələnib.

Bundan başqa, qadınlardan ibarət Azərbaycan yığmasına, Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2023-ün seçmə mərhələ oyununda 6 futbolçusunun sarı vərəqə alması səbəbindən xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi