Futzal millimiz seçmə mərhələdə son oyununa çıxır

Futzal millimiz seçmə mərhələdə son oyununa çıxır Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Futbol
271
14 Aprel , 2021 07:30
Futzal millimiz seçmə mərhələdə son oyununa çıxır

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

"Report"un məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da başlayacaq.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.

Azərbaycan millisinin heyətində zədəli Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağı bilinmir.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

19:00. Azərbaycan - Yunanıstan

Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)

Bakı İdman Sarayı

Qeyd edək ki, 3-cü qrupun digər matçında ötən gün səfərdə Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb.

Son xəbərlər

Orphus sistemi