Futbolda ofsaydla bağlı yeni qərar açıqlandı

Futbolda ofsaydla bağlı yeni qərar açıqlandı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.
Futbol
8 İyun , 2021 17:04
Futbolda ofsaydla bağlı yeni qərar açıqlandı

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.

"Report" İFAB-ın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bundan sonra oyunçuların əlləri və qolları ofsayd üçün nəzərə alınmayacaq.

Offsayd üçün çiyin və qol arasındakı sərhəd qoltuğun alt hissəsi ilə təyin olunur: "Çiyin qolun bir hissəsi kimi tanınmır. Buna görə də çiyinlə qol vurmaq mümkündür və ofsayd vəziyyəti qiymətləndirilərkən nəzərə alınmalıdır".

Son xəbərlər

Orphus sistemi