Futbolda əl ilə təsadüfi oyuna görə cəza tətbiq edilə bilər

Futbolda əl ilə təsadüfi oyuna görə cəza tətbiq edilə bilər Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək.
Futbol
18 Yanvar , 2019 23:11
Futbolda əl ilə təsadüfi oyuna görə cəza tətbiq edilə bilər

Bakı. 18 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək.

"Report" "The Times"a istinadən xəbər verir ki, hazırkı qaydalara görə, hakimlər futbolçuların qəsdən əl ilə oynadıqlarını hesab etdikləri zamanı cərimə zərbəsi və penalti təyin etmək hüququna malikdirlər.

Digər hallarda qayda pozuntusu qeydə alınmır.

IFAB hücum zamanı təsadüfən əl ilə oyunu aradan qaldırmaq üçün qaydalara dəyişiklik etmək istəyir.

Qayda pozuntusu yalnız cərimə meydançasından kənarda qeydə alınacaq. Belə olan halda, penalti, əvvəlki kimi yalnız qəsdən əl ilə oynanıldığı zaman təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi