Futbolçularını təyyarədə itirən klub çempion elan edilib

Futbolçularını təyyarədə itirən klub çempion elan edilib Bu barədə Cənubi Amerika Futbol Konfederasiyası qərar qəbul edib
Futbol
6 Dekabr , 2016 10:22
Futbolçularını təyyarədə itirən klub çempion elan edilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Cənubi Amerika Kubokunun yeni sahibini rəsmən açıqlayıb. "Report"un CONMEBOL-un rəsmi saytına istinadən məlumatına görə, çempionluq Kolumbiyada təyyarə qəzasında futbolçu və məşqçilərini itirən "Şapokeonse" klubuna verilib.

Bu addım digər finalçı "Atletiko Nasional"ın müraciəti müsbət qarşılandıqdan sonra atılıb. Beləliklə, tarixində ilk dəfə Cənubi Amerika Kuboku "Şapokeonse"nin muzeyinə aparılacaq.

Qeyd edək ki, noyabrın 28-də baş vermiş qəzada təyyarədə olan 77 nəfərdən 71-i dünyasını dəyişib. Onlardan 22-si "Şapokeonse" klubunun futbolçuları olub. 

Son xəbərlər

Orphus sistemi