"Keşlə"nin baş məşqçisi: "Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu"

"Keşlə"nin baş məşqçisi: "Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu" İşimizə başlamaq xoşdur. Amma bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil.
Futbol
10 İyun , 2020 20:27
Keşlənin baş məşqçisi: Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu

"İşimizə başlamaq xoşdur. Amma bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə yoxlama oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edərkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, komandası cəmi 8 gündür məşqlərə start verib: "Bu müddətdə çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir. Komandanın oyunundan razı qaldım. Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik".

Əhmədovun sözlərinə görə, bu qədər fasilədən sonra gözəl futboldan danışmaq tezdir: "Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu".

Son xəbərlər

Orphus sistemi