Futbolçuları aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb

Futbolçuları aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb Klub üzvləri yüngül xəsarətlərlə qəzadan sağ çıxa bilib
Futbol
122
17 Oktyabr , 2016 10:05
Futbolçuları aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukraynada futbolçuları aparan mikroavtobus qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə dünən baş verib.

Odessa-Reni magistralının 57-ci km-də "Nikolayevka-Novorosiyskaya" klubunun futbolçuları olan mikroavtobus "Daewoo Lanos" markalı avtomobillə toqquşub. Hadisəyə minik maşınının idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub.

Qəza nəticəsində minik maşını yanıb, sürücü ölüb. Klub üzvləri isə yüngül xəsarətlərlə qəzadan sağ çıxa bilib.

Son xəbərlər

Orphus sistemi