Azyaşlı futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı - VİDEO

Azyaşlı futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı - VİDEO Rusiyanın Neftyanik uşaq komandasının futbolçuları Ulyanovsk yaxınlığında qəzaya düşüblər.
Futbol
540
29 Fevral , 2020 15:20
Azyaşlı futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı - VİDEO

Rusiyanın "Neftyanik" uşaq komandasının futbolçuları Ulyanovsk yaxınlığında qəzaya düşüblər.

"Report"un "Komsomolskaya Pravda"ya istinadən verdiyi məlumata görə, komandanı daşıyan avtobus dərəyə yuvarlanıb. 

Avtobusda 26 uşaq və 3 məşqçi olub. Qəza nəticəsində 9 uşaq yaralanıb. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bundan başqa, məşqçilərdən birinə də tibbi yardım göstərilib. Avtobusun digər sərnişinləri isə qorxaraq qaçıblar. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 27 canlı qüvvə və 12 texnika göndərilib. 

İlkin versiyaya əsasən, sürücü yolun həmin hissəsinin keyfiyyətsiz olması səbəbindən idarəetməni itirib. Qəzanın dəqiq səbəbləri barədə mütəxəssislərin rəyindən sonra açıqlama veriləcək.

Son xəbərlər

Orphus sistemi