Futbolçular səhv edən komanda yoldaşını döyüb öldürdülər

Futbolçular səhv edən komanda yoldaşını döyüb öldürdülər Uqandada futbol matçında komanda yoldaşları qol epizodunu boşa verdiyi üçün Çerçill Ovasini döyüblər.
Futbol
5360
13 Oktyabr , 2020 14:11
Futbolçular səhv edən komanda yoldaşını döyüb öldürdülər
0 : 00
0 : 00

Uqandada futbol matçında komanda yoldaşları qol epizodunu boşa verdiyi üçün Çörçill Ovasini ölənədək döyüblər.

"Report" "Daily Monitor" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı oyunçunun səhvi komanda yoldaşlarının ona hücum etməsinə səbəb olub. Oyun ərəfəsində münaqişənin qarşısı alınıb, lakin hadisə bununla bitməyib.

Qarşılaşmadan sonra yenə dava olub. Ovasi onu təhqir edən komanda yoldaşını velosipeddən itələyib. Yenidən münaqişə yaşanıb və oyunçuları Ovasini pis döyüblər. Nəticədə zərərçəkən aldığı zərbələrdən xəstəxanada ölüb. 

Polis məmuru Cimi Okema hər iki cinayətkarın tutulduğunu söyləyib. Tezliklə onlar barəsində məhkəmə prosesi baş tutacaq.

Son xəbərlər

Orphus sistemi