Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb

Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb Rusiyanın paytaxtı Moskvada keçirilən mini-turnir zamanı futbolçular arasında kütləvi dava düşüb.
Futbol
17 Avqust , 2021 12:38
Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb

Rusiyanın paytaxtı Moskvada keçirilən mini-turnir zamanı futbolçular arasında kütləvi dava düşüb.

"Report"un məlumatına görə, insidentə oyunçulardan birinin rəqibə qarşı kobud oyunu səbəb olub.

Davanın böyüdüyünü görən naməlum şəxs dərhal hüquq-mühafizə orqanlarına zəng vurub. Hadisə yerinə gələn polislər 34 nəfəri saxlayaraq, bölməyə aparıblar.

Nəticədə turnir yarımçıq dayandırılıb. Yarışın ən yaxşısı polisə zəng vuran şəxs seçilib.

Son xəbərlər

Orphus sistemi