Futbolçu Ueyn Runi pulsuz "Everton"a keçə bilər

Futbolçu Ueyn Runi pulsuz "Everton"a keçə bilər "Mançester Yunayted" bir şərt müqabilində onu buraxmağa hazırdır
Futbol
22 Mart , 2017 06:51
Futbolçu Ueyn Runi pulsuz Evertona keçə bilər

Bakı. 22 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi, çox güman ki, yayda Liverpul komandasından kompensasiya almadan peşəkar karyerasına başladığı "Everton"a keçə bilər.

"Report" xəbər verir ki, bu barədə "Mançester Yunayted"dəki mənbəyə istinadən "Independent" nəşri yazıb.

Qeyd olunur ki, "MY" "Everton"nun 31 yaşlı futbolçuya həftədə 150 min funt sterlinq əmək haqqı verəcəyi təqdirdə, onu pulsuz buraxmağa hazırdır. Hazırda futbolçu həftəsinə 230 min funt sterlinq alır.

Son xəbərlər

Orphus sistemi