Almaniya klubunun futbolçusu rəqibinə tüpürdüyü üçün mövsümün sonuna kimi cəzalanıb

Almaniya klubunun futbolçusu rəqibinə tüpürdüyü üçün mövsümün sonuna kimi cəzalanıb Almaniya Futbol İttifaqı (DFB) Ştutqartın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.
Futbol
16 Aprel , 2019 18:01
Almaniya klubunun futbolçusu rəqibinə tüpürdüyü üçün mövsümün sonuna kimi cəzalanıb

Almaniya Futbol İttifaqı (DFB) "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.

"Report"un məlumatına görə, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin Bundesliqanın XXIX turunda evdə "Bayer" (Leverkuzen) komandası ilə matçın 90-cı dəqiqəsində rəqib futbolçu Kay Xavertsin üzünə tüpürməsidir. Askasibar bu hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.

Bildirilib ki, DFB gənc yarımmüdafiəçini mayın 25-dək diskvalifikasiya edib. Bundesliqada isə sonuncu - XXXIV turun oyunları mayın 18-də keçiriləcək. Bu səbəbdən o, cari mövsümdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Santyaqo Askasibar cari mövsüm Bundesliqada 27 oyunda meydanda olub. Mövsümün başa çatmasına 5 tur qalmış komanda 21 xalla 16-cı pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi