Bakı. 10 yanvar. REPORT.AZ/ Futbolçu karyerası ərzində "Marsel" (Fransa), "Everton" (İngiltərə) və "Fənərbaxça" (Türkiyə) klublarının şərəfini qoruyan Josef Yobo siyasətə qoşulub. "Report"un məlumatına görə, Yobo ölkəsi Nigeriyada hazırkı prezident Conatan Qudlakın seçki kampaniyasına qoşularaq səs toplamağa başlayıb.
C.Qudlak Nigeriyada 3-cü dəfə prezident seçilmək üçün namizədliyini irəli sürüb. Laqosda baş tutan seçki mitinqində iştirak edən Yobo seçicilərə səslənərək bir neçə dəqiqəlik çıxış edib. Çıxışında 2013-cü ildə qalibi olduqları Afrika Millətlər Kubokunu xatırladan Yobo çempionluğun qazanılmasını Qudlakla əlaqələndirib.
Qeyd edək ki, Josef Yobo "Fənərbaxça"dan ayrıldıqdan sonra özünə komanda tapa bilməyib.