Futbolçu satışından ən çox gəlir əldə edən klubun adı açıqlanıb

Futbolçu satışından ən çox gəlir əldə edən klubun adı açıqlanıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransanın “Monako” klubu 2010 - 2018-ci illərdə futbolçu satışından ən çox gəlir əldə edən klub olub.
Futbol
5 Sentyabr , 2018 12:41
Futbolçu satışından ən çox gəlir əldə edən klubun adı açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransanın “Monako” klubu 2010 - 2018-ci illərdə futbolçu satışından ən çox gəlir əldə edən klub olub.

“Report” xəbər verir ki, bu barədə İsveçrənin “CIES Football Observatory” şirkətinin hesabatında bildirilir. Knyazlıq təmsilçi oyunçularının satışından 950 milyon avro qazanıb.

İlk “beşlik”dən İngiltərənin “Liverpul” (683 milyon avro), İtaliyanın “Roma” (680 milyon avro) İspaniyanın “Barselona” (628 milyon avro) və “Real Madrid” (625milyon avro) klubları da yer alıblar.

Son xəbərlər

Orphus sistemi