Fransa klubunun futbolçusu saqqal əkdirdikdən sonra oynaya bilmir

Fransa klubunun futbolçusu saqqal əkdirdikdən sonra oynaya bilmir Bakı. 4 mart. REPORT.AZ/ Fransanın Bordo klubunun futbolçusu Yunus Sankare saqqal əkdirdikdən sonra yaranan problemlərə görə bir aya yaxındır meydana çıxa bilmir.
Futbol
4 Mart , 2019 19:32
Fransa klubunun futbolçusu saqqal əkdirdikdən sonra oynaya bilmir

Bakı. 4 mart. REPORT.AZ/ Fransanın "Bordo" klubunun futbolçusu Yunus Sankare saqqal əkdirdikdən sonra yaranan problemlərə görə bir aya yaxındır meydana çıxa bilmir.

"Report" "Get French Football News"a istinadən xəbər verir ki, səhv tibbi müdaxiləyə görə 30 yaşlı yarımmüdafiəçinin bir neçə dəfə hərarəti qalxıb. Seneqallı oyunçu son olaraq fevralın 9-da meydanda olub.

Qeyd edək ki, Yunus Sankare 2017-ci ilin yanvarında "Bordo"ya keçib. Cari mövsüm 18 oyunda meydanda olan yarımmüdafiəçi üç məhsular ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi