"Atletiko"nun futbolçusu Çempionlar Liqasındakı matç ərəfəsində qarət olunub

"Atletiko"nun futbolçusu Çempionlar Liqasındakı matç ərəfəsində qarət olunub İspaniyanın Atletiko klubunun futbolçusu Tomas Partinin Madriddəki evi qarət olunub.
Futbol
1 Oktyabr , 2019 18:03
Atletikonun futbolçusu Çempionlar Liqasındakı matç ərəfəsində qarət olunub

İspaniyanın "Atletiko" klubunun futbolçusu Tomas Partinin Madriddəki evi qarət olunub.

"Report" "Cope" nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da baş verib. Həmin vaxt evdə yalnız xidmətçi olub. 

26 yaşlı qanalı yarımmüdafiəçiyə dəyən ziyanın miqdarı hələ ki bəlli deyil. Hadisə zamanı evdə olan işçinin xəsarət almadığı bildirilir. Oyunçu hadisə zamanı Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Lokomotiv"lə matç üçün Rusiyanın paytaxtı Moskvada olub.

Qeyd edək ki, "Lokomotiv" - "Atletiko" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi