Futbol Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Futbol Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər Futbol 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.
Futbol
3 Fevral , 2022 23:51
Futbol Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Futbol 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

"Report"un "The Telegraph" nəşrinə istinadən məlumatına görə, bu, dünya çempionatı 2 ildən bir təşkil olunacağı halda baş verəcək.

Beynəlxalq Olimpiya Komitəsi (IOC) sözügedən yarışın proqramına daxil ediləcək idman növlərinin ilkin siyahısını dərc edib. Bilidirilib ki, futbolun orada yer alıb-almaması beynəlxalq oyunların təqviminin necə dəyişməsindən asılı olacaq. Vəziyyətin yaxından izləniləcəyi vurğulanıb.

Qeyd edək ki, dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası təklif edib. Bunu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.

1930-cu ildən keçirilməyə başlayan mundial II Dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunub. Qarşıdakı dünya çempionatları Qətərdə (2022), Kanada, Meksika, ABŞ-da (2026) olacaq.

Son xəbərlər

Orphus sistemi