Futbol üzrə yoldaşlıq oyunları: Fransa Kolumbiyaya, İtaliya Argentinaya uduzub - VİDEO

Futbol üzrə yoldaşlıq oyunları: Fransa Kolumbiyaya, İtaliya Argentinaya uduzub - VİDEO Portuqaliya Ronaldunun artırma dəqiqələrində vurduğu qollar sayəsində Misiri məğlub edib
Futbol
238
24 Mart , 2018 02:55
Futbol üzrə yoldaşlıq oyunları: Fransa Kolumbiyaya, İtaliya Argentinaya uduzub - VİDEO

Bakı. 24 mart. REPORT.AZ/ Dünyanın futbol meydanlarında növbəti yoldaşlıq görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki hazırkı komandası Bosniya və Herseqovina yığmasına səfərdə Bolqarıstan üzərində minimal hesablı qələbə qazandırıb.

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç bu görüşdə də start heyətində yer alıb və qolsuzluq seriyasını ardıcıl üçüncü qarşılaşmada davam etdirib.

Argentina İtaliyanı 75-ci dəqiqədə Ever Baneqa, 85-ci dəqiqədə isə Manuel Lanzininin qolları ilə yenib.

Almaniya və İspaniya arasındakı görüşdə qapılara iki qol vurulub. Hər iki top ilk yarıda qeydə alınıb. Qonaqlardan 6-cı dəqiqədə Rodriqo hesabı açsa da, 35-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Tomas Müller yekun hesabı müəyyənləşdirib - 1:1.

İngiltərə yaxşı günlərini yaşamayan Hollandiyanı səfərdə Cesse Linqardın 59-cu dəqiqədə vurduğu qolla məğlub edib. Türkiyə evdə İrlandiyanı 52-ci dəqiqədə Mehmet Topalın qolu ilə minimal hesabla yenib.

Portuqaliya Misirlə qarşılaşmanın 56-cı dəqiqəsində Məhəmməd Salahın qolu ilə hesabda geri düşüb. Lakin 90+2-ci və 90+5-ci dəqiqələrdə Kriştianu Ronaldu fərqlənərək, komandasına qələbə qazandırıb - 2:1.

Martın 27-də Azərbaycan yığması ilə Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçirəcək Makedoniya millisi Finlandiya ilə oyunda qolsuz bərabərliyə qalıb.

Gecənin sensasiyası isə Fransanın Kolumbiyaya, Macarıstanın isə Qazaxıstana eyni hesabla uduzması olub.

Yoldaşlıq görüşləri

23 mart

Fransa - Kolumbiya - 2:3

Argentina - İtaliya - 2:0

Almaniya - İspaniya - 1:1

Hollandiya - İngiltərə - 0:1

Portuqaliya - Misir - 2:1

Avstriya - Sloveniya - 3:0

Polşa - Nigeriya - 0:1

Şotlandiya - Kosta - Rika - 0:1

Serbiya - Mərakeş - 1:2

Ukrayna - Səudiyyə Ərəbistanı - 1:1

Yunanıstan - İsveçrə - 0:1

Macarıstan - Qazaxıstan - 2:3

Tunis - İran - 1:0

Türkiyə - İrlandiya - 1:0

Bolqarıstan - Bosniya və Herseqovina - 0:1

Qambiya - Mərkəzi Afrika - 1:1

Norveç - Avstraliya - 4:1

Seneqal - Özbəkistan - 1:1

Kipr - Monteneqro - 0:0

Finlandiya - Makedoniya - 0:0

Rusiya - Braziliya - 0:3

Mali - Yaponiya - 1:1

Sinqapur - Maldiv - 3:2

Son xəbərlər

Orphus sistemi