Bakı. 10 iyun. REPORT.AZ/ Futbol üzrə XV Avropa çempionatına start verilib.
"Report"un məlumatına görə, Fransanın paytaxtı Parisin “Stad de Frans” stadionunda çempionatın möhtəşəm açılış mərasimi keçirilib.
Turnirin rəsmi mahnısını məşhur fransalı Devid Qetta ifa edib. Onunla birlikdə mərasimdə isveçli müğənni Larsson Zara da çıxış edib. Şouda 550 nəfər iştirak edib, onlardan yalnız 25 nəfəri peşəkar aktyor, digərləri isə könüllülər olub.
Təntənəli açılış mərasimindən sonra Fransa və Rumıniya yığmaları arasında oyun başlayıb.
Qeyd edək ki, açılış oyununu macarıstanlı hakim Viktor Kassai idarə edir. V.Kassaiyə həmkarları Giorgi Rinq, Vensel Tot, Tamas Boqnar və Adam Farkas kömək edirlər.