Futbol üzrə Topaz Premyer Liqasında X tura yekun vurulub

Futbol üzrə Topaz Premyer Liqasında X tura yekun vurulub Turun son matçında "Neftçi” "Bakcell Arena"da "Sumqayıt”ı qəbul edib
Futbol
29 Oktyabr , 2017 20:06
Futbol üzrə Topaz Premyer Liqasında X tura yekun vurulub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında X tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçında "Neftçi” "Bakcell Arena"da "Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 3-cü dəqiqədə "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov açıb. 38-ci dəqiqədə qonaq komandadan Tural Axundov özünün qazandığı penaltini dəqiq yerinə yetirib. Yekun nöqtəni isə 88-ci dəqiqədə cərimə zərbəsi ilə Rəhman Hacıyev qoyub.

Beləliklə, "Neftçi" ardıcıl 4-cü qələbə sayəsində xallarını 13-ə çatdırıb və top fərqində üstün olduğundan, 4-cü pilləyə yüksəlib. Eyni xalı olan "Sumqayıt" isə 5-ci pilləyə enib.

Topaz Premyer Liqa, X tur

29 oktyabr (bazar)

18:00. "Neftçi” - "Sumqayıt” - 2:1

Qol: Mirabdulla Abbasov, 3. Rəhman Hacıyev, 88 - Tural Axundov, 38-penalti ilə

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi