Şimali Koreya və Malayziya yığmaları arasındakı oyun təxirə salınıb

Şimali Koreya və Malayziya yığmaları arasındakı oyun təxirə salınıb Səbəb Malayziyanın öz vətəndaşlarına Şimali Koreyaya səfər qadağası tətbiq etməsidir
Futbol
28 Sentyabr , 2017 14:33
Şimali Koreya və Malayziya yığmaları arasındakı oyun təxirə salınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Oktyabrın 5-də futbol üzrə Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Pxenyanda keçirilməli olan Şimali Koreya – Malayziya görüşü təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb Malayziyanın öz vətəndaşlarına Şimali Koreyaya səfər qadağası tətbiq etməsidir.

Bu matç daha əvvəl də iki ölkə arasında münasibətlərin pis olması üzündən 2 dəfə təxirə salınıb. Bu il martın 28-nə təyin olunan qarşılaşma iyunun 8-nə ertələnib.

Qeyd edək ki, bu gün Malayziyanın Daxili İşlər İazirliyi bu ölkənin vətəndaşlarının Şimali Koreyaya səfər etmələrinə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi