Futbol üzrə Norveç milli komandası Bakıya gəlib

Futbol üzrə Norveç milli komandası Bakıya gəlib "Azərbaycan yığması əzmkar və təhlükəli komandadır"
Futbol
15 Noyabr , 2014 13:11
Futbol üzrə Norveç milli komandası Bakıya gəlib

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçında Azərbaycan yığması ilə qarşılaşacaq Norveç milli komandası noyabrın 14-də axşam saatlarında Bakıya gəlib. "Report"un məlumatına görə, qonaq komanda "Hilton" hotelində məskunlaşıb. 

Skandinaviyalıların matça 2 gün tez gəlmələrinin səbəbi Azərbaycanla Norveç arasındakı 3 saatlıq fərqə uyğunlaşmaqdır. Baş məşqçi Per-Matias Höqmo "Dagbladet Sport"a deyib: "Biz əsasən, vaxtımızı Norveç saatı ilə keçirirk. İndi isə elə etməliyik ki, vaxt fərqini minimuma endirək".

Təcrübəli mütəxəssis Azərbaycan millisinin Bolqarıstan, İtaliya və Xorvatiya ilə ev oyunlarını izlədiyini də açıqlayıb. Onun fikrincə, Azərbaycan yığması əzmkar və təhlükəli komandadır. 

Son xəbərlər

Orphus sistemi