Futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib

Futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib Bakı. 14 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib.
Futbol
14 İyun , 2018 23:58
Futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib.

"Report"un məlumatına görə, ilk turu qələbə ilə başa vuran komandaların qarşılaşmasında "Şüvəlan" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

Bununla da paytaxt təmsilçisi yarışın qızıl medallarını böyük ölçüdə təmin edib. Artıq 6 xala malik Aqil Nəbiyevin baş məşqçi olduğu komandaya son turda "Zaqatala" ilə görüşdə heç-heçə də kifayət edəcək.

Turun digər qarşılaşmasında isə "Zaqatala" MOİK-ə qalib gəlib.

Heydər Əliyev Kuboku

II tur

“Şüvəlan” - “Araz Naxçıvan” - 2:0

Qollar: Sənan Qocayev, 29. Rəhman Musayev, 48

MOİK - “Zaqatala” - 0:1

Qol: Sərxan Abdullayev, 80

Xal durumu: "Şüvəlan" - 6, "Zaqatala" 3, "Araz Naxçıvan" - 3, MOİK - 0.

Son xəbərlər

Orphus sistemi