Futbol üzrə İtaliya yığma komandası Bakıya gəlib

Futbol üzrə İtaliya yığma komandası Bakıya gəlib Dünya çempionları oktyabrın 10-da Azərbaycanla qarşılaşacaqlar
Futbol
9 Oktyabr , 2015 01:29
Futbol üzrə İtaliya yığma komandası Bakıya gəlib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya yığması Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək qarşılaşma üçün Bakıya gəlib.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Azərbaycan-İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Son xəbərlər

Orphus sistemi