Futbol üzrə dünya çempionu həbs olunub

Futbol üzrə dünya çempionu həbs olunub Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub.
Futbol
31 Oktyabr , 2018 20:11
Futbol üzrə dünya çempionu həbs olunub

Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub. 

"Report" ANSA agentliyinə istinadən xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib. 

Xatırladaq ki, V.Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi