Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək Mükafat fevralın 9-da Bakıda olacaq
Futbol
22 Yanvar , 2018 16:43
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.

Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi