Futbol üzrə Çempionlar Liqasında II tura start verilib - VİDEO

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib - VİDEO Ümumilikdə, 8 görüşdə qapılara 23 qol vurulub
Futbol
119
27 Sentyabr , 2017 00:57
Futbol üzrə Çempionlar Liqasında II tura start verilib - VİDEO

Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında II tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun gününün oyunları E - H qruplarını əhatə edib.

Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Avropanın ən nüfuzlu klub turnirinin debütantı Almaniya "Leyptsiq"ini qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 60-cı dəqiqədə "Wodafone Park" stadionunun bir hissəsində işıqlar söndüyü üçün oyunda 13 dəqiqəlik fasilə yaranıb. Bu səbəbdən, görüş digər qarşılaşmalardan gec yekunlaşıb. Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Beşiktaş" G qrupunda vahid liderə çevrilib.

F qrupundakı İngiltərənin "Mançester Siti" komandası da növbəti qələbəsini qazanıb. "Şəhərlilər" də Ukrayna "Şaxtyor"unun qapısından 2 cavabsız top keçiriblər.

Yarışın son qalibi İspaniya "Real Madrid"i və İngiltərənin "Tottenhem" klubları isə rəqiblərini 3 qolla məyus ediblər. Beləliklə, hər iki klub H qrupunda 6 xalla ilk 2 yeri bölüşür.

Ümumilikdə, 8 görüşdə qapılara 23 qol vurulub.

Çempionlar Liqası, II tur

26 sentyabr

E qrupu

"Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya) - 3:0

Qollar: Vissam Ben Yedder, 27; 38; 83-penalti ilə

"Spartak" (Moskva, Rusiya) - "Liverpul" (İngiltərə) - 1:1

Qollar: Fernando, 23 - Filippe Koutinyo, 31

Xal durumu: "Sevilya" - 4, "Spartak" - 2, "Liverpul" - 2, "Maribor" - 1.

F qrupu

"Napoli" (İtaliya) - "Feyenoord" (Hollandiya) - 3:1

Qollar: Lorentso İnsinye, 7. Dris Mertens, 49. Xose Kalyexon, 70 - Sofian Amrabat, 90+3

Qaçırılan penalti: Yens Toornsta, 68 ("Feyenoord")

"Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Kevin de Bruyne, 48. Rahim Sterlinq, 90

Qaçırılan penalti: Serxio Aqüero, 72 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0.

G qrupu

"Beşiktaş" (Türkiyə) - "Leyptsiq" (Almaniya) - 2:0

Qollar: Rayan Babel, 11. Anderson Taliska, 43

"Monako" (Fransa) - "Porto" (Portuqaliya) - 0:3

Qol: Vinsent Abubakar, 31; 69. Migel Layun, 89

Xal durumu: "Beşiktaş" - 6, "Porto" -3, "Monako" -1, "Leyptsiq" - 1.

H qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya) - 1:3

Qollar: Pyer-Emerik Obameyanq, 54 - Qaret Beyl, 18. Kriştianu Ronaldu, 50; 79

APOEL (Kipr) - "Tottenhem" (İngiltərə) - 0:3

Qollar: Harri Keyn, 39; 62; 67

Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0.

Qeyd edək ki, turun qalan oyunları sentyabrın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi