Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başlayır

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başlayır Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Futbol
30 yanvar 2023 03:30
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

12 xalla 9-cu pillədə qərarlaşan "Sumqayıt" "Kapital Bank Arena"da 17 xalla 6-cı olan "Turan Tovuz"u qəbul edəcək.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.

Azərbaycan Premyer Liqası

XX tur

30 yanvar

18:00. "Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

Son xəbərlər

Orphus sistemi