Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Futbol
26 oktyabr 2019 13:54
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gəlib. "ASCO Arena"da keçirilmiş matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı artıq 32-ci saniyədə "Keşlə"nin hücumçusu Lorenso Frutos açıb. Paraqvaylı hücumçu qollarının sayını 5-ə çatdıraraq, bombardirlər siyahısında şəriksiz liderə çevrilib. Bu hücumun qurulmasında iştirak etmiş Sezar Meza Kolli 42-ci dəqiqədə özü fərqlənib.

"Qəbələ"nin təsəlli qolunu isə 59-cu dəqiqədə Davit Volkov vurub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 6 xalla 7-ci pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi