Premyer Liqanın IV turunda "Sumqayıt" "Zirə"ni, "Sabah" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqanın IV turunda "Sumqayıt" "Zirə"ni, "Sabah" "Qəbələ"ni qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
Futbol
14 Sentyabr , 2019 07:10
Premyer Liqanın IV turunda Sumqayıt Zirəni, Sabah Qəbələni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 3 xalla 6-cı, qəsəbə klubu isə 4 xalla 4-5-ci yerləri bölüşdürür. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 9-da isə "Zirə" 3 xal qazanıb. 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 21:12. “Sumqayıt” çempionatda rəqibinə son iki matçda qol vura bilməyib, “Zirə” isə ardıcıl üç qələbə qazanıb.

Günün digər görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Əyalət təmsilçisi 3 turdan sonra sıfır xalla sonuncu, "Sabah" isə 2 xalla yeddinci yerdədir. Komandalar çempionatda yalnız ötən mövsüm üz-üzə gəliblər. 2 matçda "Qəbələ", 1 görüşdə isə paytaxt klubu qələbə qazana bilib, 1 qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Qəbələ" öndədir - 3:2.

Qeyd edək ki, IV turda keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları sentyabrın 15-də olacaq.

Azərbaycan Premyer Liqası, IV tur

14 sentyabr (şənbə)

18:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Kapital Bank Arena”

20:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”

Son xəbərlər

Orphus sistemi