Futbol üzrə Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşib Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 3 oyunun vaxtı və stadionu müəyyənləşib.
Futbol
27 İyul , 2018 16:15
Futbol üzrə Azərbaycan millisinin oyunlarının vaxtı müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 3 oyunun vaxtı və stadionu müəyyənləşib.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə üz-üzə gələcək. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək.

Komandanın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi