Futbol üzrə Azərbaycan milli komandası Malta ilə oyuna hazırlaşır - FOTOSESSİYA

Futbol üzrə Azərbaycan milli komandası Malta ilə oyuna hazırlaşır - FOTOSESSİYA Robert Prosineçki 24 futbolçunu hazırlığa cəlb edib
Futbol
302
25 Mart , 2015 17:43
Futbol üzrə Azərbaycan milli komandası Malta ilə oyuna hazırlaşır - FOTOSESSİYA

Bakı. 25 mart. REPORT.AZ/ AVRO-2016-nın seçmə mərhələsində Malta ilə qaşrılaşacaq Azərbaycan milli komandası bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq edib. "Report"un məlumatına görə, Robert Prosineçki 24 futbolçunu hazırlığa cəlb edib.

Məşq zamanı müxtəlif topla çalışmalar yerinə yetirilib. Yığma komanda oyunöncəsi son məşqini martın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, Azərbaycan - Malta görüşü martın 28-də baş tutacaq. Oyunun start fiti saat 21:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi