Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib 18 komandanın iştirak edəcəyi püşkatma AFFA-nın inzibati binasında keçiriləcək
Futbol
5 Oktyabr , 2017 11:46
Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 2017/2018 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 18 komandanın qatılacağı tədbir oktyabrın 6-da AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda Premyer Liqanın 8, I divizionun isə 10 komandası mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi