Naxçıvan. 5 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
"Report"un məlumatına görə, mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.
Əvvəlcə görüşün hakimləri, ardınca həlledici görüşdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olan "Qəbələ"nin üzvləri təltif olunublar.
Sonda isə Ağdam klubunun kollektivi səhnəyə çıxıb. Azərbaycan Kuboku "Qarabağ"ın kapitanı Rəşad Sadıqova təqdim edilib.