Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. MOİK və "Turan Tovuz" isə ölkə kubokunda iştirakdan imtina edib.
Püşkatma mərasimi noyabrın 13-də AFFA-nın inzibati binasında keçiriləcək.