Futbol üzrə Azərbaycan I divizionu tarixində ən məhsuldar oyunlar STATİSTİKA

Futbol üzrə Azərbaycan I divizionu tarixində ən məhsuldar oyunlar STATİSTİKA Sonuncu tur “Səbail” – “Bakılı” qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub
Futbol
27 Noyabr , 2016 18:58
Futbol üzrə Azərbaycan I divizionu tarixində ən məhsuldar oyunlar STATİSTİKA

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I divizionunda birinci dövrəyə yekun vurulub.

"Report" xəbər verir ki, sonuncu – XIII tur “Səbail” – “Bakılı” qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb.

Bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və “Lokomotiv” (İmişli) arasında görüşdə rekord sayda – 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb.

Ən böyük hesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. “Metallurq” (Sumqayıt) “Göytəpə” (Göytəpə) ilə görüşdə rekord vurub – 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. “Metallurq” 14 qolun vurulduğu görüşdə “Şirvan”ı (Ağdaş) məğlub edib – 13:1.

Qeyd edək ki, bir komandanın “Səbail” – “Bakılı” oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. “Neftçala” (Neftçala) səfərdə “Energetik”i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanıb. “Zaqatala” elə “Energetik”in qapısından 10 cavabsız top keçirib.

Son xəbərlər

Orphus sistemi