Futbol matçlarının vaxtının azaldılması təklif olundu

Futbol matçlarının vaxtının azaldılması təklif olundu İngiltərədə futbol matçlarında vaxtın azaldılması təklif olunub.
Futbol
5 May , 2020 14:07
Futbol matçlarının vaxtının azaldılması təklif olundu

İngiltərədə futbol matçlarında vaxtın azaldılması təklif olunub.

“Report”un məlumatına görə, bu barədə “BBC Radio”ya Peşəkar Futbolçular İttifaqının prezidenti Qordon Teylor məlumat verib.

Funksioner səlahiyyətli nümayəndələr və səhiyyə işçiləri ilə bir araya gəldikdən sonra oyunlar üçün protokol hazırlandığını vurğulayıb. O, gələcəyi bilmədiklərini və bəzi təkliflərin olduğunu sözlərinə əlavə edib: “Daha çox ehtiyat oyunçunun olması və matçda hissələrin 45 dəqiqədən qısa olması təkliflər arasındadır”.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın13-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi