Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb Bosniya və Herseqovina Premyer Liqasının X turunun "Veleş" - "Borats" oyununda insident baş verib.
Futbol
202
22 Sentyabr , 2021 15:19
Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident baş verib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. "Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.

Son xəbərlər

Orphus sistemi