Futbol ictimaiyyəti gizli qəhrəmanlara təşəkkür edir - VİDEO

Futbol ictimaiyyəti gizli qəhrəmanlara təşəkkür edir - VİDEO Azərbaycan futbol ictimaiyyəti koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə təşəkkürünü bildirib.
Futbol
31 May , 2020 10:22
Futbol ictimaiyyəti gizli qəhrəmanlara təşəkkür edir - VİDEO

Azərbaycan futbol ictimaiyyəti koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə təşəkkürünü bildirib. 

"Report" xəbər verir ki, AFFA bununla bağlı rəsmi "Facebook" səhifəsində video paylaşıb. 

Videoçarxda Azərbaycanın əsas, qadınlardan ibarət və müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarının futbolçuları, yığma və klubların baş məşqçiləri yer alıblar.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, veteran futbolçu Vəli Qasımov, AFFA-nın texniki direktorunun köməkçisi Yunis Hüseynov da Gizli Qəhrəmanlara təşəkkür edənlər sırasındadır. 

Orphus sistemi