"Fulhem"in futbolçusu butsularını dəyişən zaman zədə alıb

"Fulhem"in futbolçusu butsularını dəyişən zaman zədə alıb Bakı. 20 yanvar. REPORT.AZ/ İngiltərənin Fulhem futbol klubunun müdafiəçisi Alfi Mouson Premyer Liqanın 23-cü turunda Tottenhemə qarşı keçiriləcək oyun ərəfəsində qəribə vəziyyətdə zədə alıb: oyunçu butsularını dəyişən zaman zədələnib.
Futbol
537
20 Yanvar , 2019 04:22
Fulhemin futbolçusu butsularını dəyişən zaman zədə alıb

Bakı. 20 yanvar. REPORT.AZ/ İngiltərənin "Fulhem" futbol klubunun müdafiəçisi Alfi Mouson Premyer Liqanın 23-cü turunda "Tottenhem"ə qarşı keçiriləcək oyun ərəfəsində qəribə vəziyyətdə zədə alıb: oyunçu butsularını dəyişən zaman zədələnib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə komandanın baş məşqçisi Klaudio Ranyeri danışıb.

"Bütün bunlar çox qəribədir, Alfi sadəcə butsularını dəyişirdi və inanılmaz dərəcədə zədə aldı. İndi mən onun xidmətindən nə zaman yararlanacağımı bilmirəm", - deyə baş məşqçi söyləyib.

İyirmi dörd yaşlı Alfi Mouson "Fulhem"ə 2018-ci ilin yayında 20 milyon funta "Suonsi"dən keçib. O, cari mövsümdə İngiltərə çempionatının 13 oyununda meydana çıxıb.

Daha əvvəl İspaniyanın "Real Madrid" klubunun futbolçusu Xesus Valexo mövsüm ərzində dördüncü dəfə zədələnib.

Son xəbərlər

Orphus sistemi