Frenk Lempard: "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz"

Frenk Lempard: "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz" İngiltərənin həvəskar liqasında elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar"
Futbol
1218
13 Sentyabr , 2017 12:56
Frenk Lempard: Qarabağ heç vaxt Çelsi ilə eyni səviyyədə ola bilməz

Bakı. 13 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb. "Report"un məlumatına görə, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.

Lempardın fikrincə, "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz: "Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin "Sandey Liqası"nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".

Qeyd edək ki, "Çelsi" "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi