Frenk Lempard İngiltərə komandasına baş məşqçi təyin olunub

Frenk Lempard İngiltərə komandasına baş məşqçi təyin olunub Bakı. 31 may. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard ölkəsində “Derbi Kaunti” komandasına baş məşqçi təyin olunub.
Futbol
31 May , 2018 12:23
Frenk Lempard İngiltərə komandasına baş məşqçi təyin olunub

Bakı. 31 may. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard ölkəsində “Derbi Kaunti” komandasına baş məşqçi təyin olunub.

“Report” xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçi Çempionşip klubu ilə 3 illik müqavilə bağlayıb. Bu, baş məşqçi kimi Lempardın ilk iş yeridir. O, “BT Sport”da şərhçi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi"nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Lempard bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.

Son xəbərlər

Orphus sistemi