Fransız İngiltərə futbol klubunun baş məşqçisi olacaq

Fransız İngiltərə futbol klubunun baş məşqçisi olacaq Fransanın “Nitsa” klubunun keçmiş baş məşqçisi Patrik Vieyra “Kristal Pelas” futbol komandasını çalışdıracaq.
Futbol
199
30 İyun , 2021 06:12
Fransız İngiltərə futbol klubunun baş məşqçisi olacaq

Fransanın “Nitsa” klubunun keçmiş baş məşqçisi Patrik Vieyra “Kristal Pelas” futbol komandasını çalışdıracaq.

“Report” xəbər verir ki, “Arsenal”ın keçmiş futbolçusu klubla prinsipial razılığa gəlib.

Vieyra artıq iş vizası üçün müraciət edib və vizanın çərşənbə axşamı (30 iyun – Red) təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, İngiltərənin "Kristal Pelas" klubunun baş məşqçisi, 74 yaşlı mütəxəssis Roy Hocson karyerasını başa vurur. Komanda Premyer Liqada keçən mövsümü 14-cü yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi