Çempionlar Liqasının oyunları Fransaya görə neytral məkanda keçirilə bilər

Çempionlar Liqasının oyunları Fransaya görə neytral məkanda keçirilə bilər UEFA Çempionlar Liqasının qalan oyunlarını azarkeşsiz və neytral məkanlarda keçirə bilər.
Futbol
29 Aprel , 2020 10:05
Çempionlar Liqasının oyunları Fransaya görə neytral məkanda keçirilə bilər

UEFA Çempionlar Liqasının qalan oyunlarını azarkeşsiz və neytral məkanlarda keçirə bilər. 

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, səbəb Fransa hökumətinin ən az sentyabrın 1-dək ölkədə heç bir peşəkar futbol oyununa icazə verməməsidir. Plan baş tutsa, oyunlar Almaniya Bundesliqasındakı kimi sərt tədbirlər altında təşkil olunacaq. 

Fransanın baş naziri Eduar Filipp ölkə çempionatında cari mövsümün davam etdirilməyəcəyini bildirib. PSJ prezidenti Naser əl-Xəlayfi isə neytral  meydanda oynamağa hazır olduqlarını açıqlayıb.  

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq. UEFA daha öncə Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarını avqustda keçirməyi planlaşdırdığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi