Fransanın "Lion" klubu Avrokuboklardan kənarlaşdırıla bilər

Fransanın "Lion" klubu Avrokuboklardan kənarlaşdırıla bilər UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək
Futbol
20 Mart , 2018 07:36
Fransanın Lion klubu Avrokuboklardan kənarlaşdırıla bilər

Bakı. 20 mart. REPORT.AZ/ Fransanın "Lion" klubu Rusiya MOİK-i ilə matçda azarkeşlərin özlərini aparmasına görə açılmış intizam işi ilə əlaqədar ciddi sanksiyalar ilə üzləşə bilər.

“Report” xəbər verir ki, Fransa klubunun 2017-ci ilin aprelində "Beşiktaş" (Türkiyə) ilə oyunda iğtişaşlara görə 2 il müddətinə şərti olaraq Avrokuboklardan kənarlaşdırılma cəzası var.

UEFA reqlamentinə görə, əgər komanda şərti cəza müddəti ərzində mövcud reqlamenti yenidən pozarsa, o zaman şərti tədbirlər real olacaq.

UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi