Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib

Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib Kollektivə Kristof Qaltye rəhbərlik edəcək
Futbol
23 Dekabr , 2017 13:31
Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 23 dekabr. REPORT.AZ/ Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektivə Kristof Qaltye rəhbərlik edəcək.

Fransalı məşqçi ilə müqavilənin detalları barədə məlumat verilmir. Argentinalı Marselo Byelsanı əvəzləyən 51 yaşlı mütəxəssis dekabrın 29-da komandanı ilk məşqinə çıxaracaq.

“Lill” hazırda Liqa 1-də 19 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, K.Qaltyenin son iş yeri Fransanın “Sent-Etyen” komandası olub. Onun rəhbərlik etdiyi kollektiv 2016/17 mövsümündə Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alıb. Azərbaycan təmsilçisi hər iki görüşdə rəqibinə uduzub (1:2, 0:1).

Son xəbərlər

Orphus sistemi