Fransalı vinger Bakı klubundan ayrılacağını açıqlayıb

Fransalı vinger Bakı klubundan ayrılacağını açıqlayıb Fransalı futbolçu Nikolas Raysel cari mövsümün sonunda "Səbail"i tərk edəcək.
Futbol
20 May , 2022 21:12
Fransalı vinger Bakı klubundan ayrılacağını açıqlayıb

Fransalı futbolçu Nikolas Raysel cari mövsümün sonunda "Səbail"i tərk edəcək.

Bu barədə "Report"a 29 yaşlı hücumameylli yarımmüdafiəçinin özü məlumat verib.

Təcrübəli vinger bildirib ki, Bakı klubu ilə başa çatan müqaviləsini yeniləməyəcək. Futbolçu artıq bu komandada qalmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Nikolas Raysel "Səbail"ə ötən ilin sentyabrında keçib. O, Azərbaycanda "Qəbələ"nin də formasını geyinib.

Son xəbərlər

Orphus sistemi