Fransalı oyunçu: “Bu qələbə “Sabah”ı uğursuzluq zolağından çıxara bilər”

Fransalı oyunçu: “Bu qələbə “Sabah”ı uğursuzluq zolağından çıxara bilər” “Bu bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik”.
Futbol
29 Sentyabr , 2019 20:37
Fransalı oyunçu: “Bu qələbə “Sabah”ı uğursuzluq zolağından çıxara bilər”

“Bu bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik”.

“Report” xəbər verir ki, bu fikirləri “Sabah”ın futbolçusu Amadu Diallo Premyer Liqanın VI turunda “Səbail”i məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı hücumçu bildirib ki, kollektiv hazırkı əhval- ruhiyyəni saxlamalıdır: “Belə oynamağa davam etməliyik. Matçda qələbə qazanmaq istəyirdik. Birinci qoldan sonra müdafiəyə çəkilmədik. İki və daha çox qol vurmaq istəyirdik. Düşünürəm ki, komandadakı qələbə yanğısı normaldır”.

Fransalı oyunçu deyib ki, bu qələbə “Sabah”ı uğursuzluq zolağından çıxara bilər: “İnanıram ki, bu qələbə növbəti uğurların başlanğıcı olacaq. Bu şəkildə davam edəcəyik”.

Diallo öz oyunu barədə də danışıb: “Artıq kollektivə oyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımağa başlayırıq. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq”.

Son xəbərlər

Orphus sistemi